Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

"Həftənin istirahət günləri küçələrə çıxmağa qadağa qoyulması yanlış qərardır. Düşünürəm ki, bu əslində virusun daha çox yayılmasına xidmət edəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri cümə günü axşamdan başlayaraq, şənbə və bazar günləri küçəyə çıxmağa qadağa yoyulmasına toxunarkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

 

"İnsanlar dünəndən başlayaraq axın şəkildə marketlərə üz tutur.Bu gün də eyni prosesin şahidi olacağıq.Belədə daha çox insanın bir yerə toplaşması baş verir ki, bu da virus riskini daha da artırır. İstirahət günləri obyektləri bağlamaq olar. Məsələn, ticarət mərkəzləri, kafe və restoranları bağlamaq olar ki, insanlar bir yerə toplaşmasın. Amma insanların küçəyə çıxmaması ilə virusun yayılması arasında birbaşa əlaqənin olmadığını artıq dünya sübut edib. Bəzi ölkələr heç bir karantin qaydası tətbiq etməyib. Amma onlarda virusun yayılma sürəti karantin tətbiq olunan ölkələrlə eynidir”.


Həmsöhbətimizin fikrincə, burada insanların sosial məsafə anlayışını, sorumlu davranışını önə çəkməyin vacibliyini qeyd etməliyik: "Əsas məsələ vətəndaşı yeni davranış qaydalarına öyrətməkdir. Azərbaycanda virusun olduğuna inanmayan hələ də milyonlarla insan var. Virusa inanmayan insanı evdə otuzdurmaqla yoluxmanın qarşısını almaq mümkün deyil. Yenidən, birinci günü işə getmək üçün küçəyə çıxanda onlar eyni davranış qaydalarını göstərəcəklər.Dünyanın keçdiyi yol isə sübut etdi ki, vətəndaşın məsuliyyətli davranması üçün onlarla çalışmaq lazımdır. Sosial çarxlar yayımlanmalı, virusla bağlı televiziyalarda ciddi maarifləndirici verilişlərin verilməsinə ehtiyac var. İnsanlara davranış qaydaları öyrədilməlidir. Azərbaycanda isə bunun heç biri yoxdur. Qadağalar yolu ilə məsələni həll etmək mümkün olsaydı, başqa ölkələr çoxdan buna gedərdi”.

 

N. Cəfərli hesab edir ki, mövcud qadağalar mənasızdır: "Şənbə və bazar günləri insanları evdə saxlamağın heç bir mənası yoxdur. 1-5 günlər arasında insanlar eyni yerə gedəcək, eyni davranış qaydaları göstərəcəklərsə, istirahət günləri evdə qalmağın nə mənası olacaq? Bunun heç bir məntiqi izahı yoxdur. Ona görə də qadağaları sərtləşdirmək yox, insanları davranış qaydalarına əməl etməyə vərdiş etdirməliyik. Bu istiqamətdə ciddi sosial siyasətə ehtiyac var”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı keçirilən görüşün nəticələri MƏLUM OLDU

“Münaqişə tərəfləri Qəzza zolağında vəziyyətin nizamlanması üçün Qahirədə keçirilən məsləhətləşmələrdə bir çox məsələlər üzrə razılığa gəliblər”. ...

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını ALQIŞLAYIR

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. ...

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Bakı Şəhər DYP İdarəsi "Bakı Marafonu-2024" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.   İdarədən Sfera.az-a verilən məlumata görə...

Daha bir prezident Qələbə paradında İŞTİRAK EDƏCƏK

Böyük Vətən Müharibəsində əldə edilən qələbə ilə bağlı 2024-cü ilin mayın 9-da Moskvada keçiriləcək paradda daha bir ölkənin prezidenti iştirak edəcək.  ...

Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli ol...

COP29 zamanı faəliyyət göstərəcək xəstəxanaların ilkin siyahısı MÜƏYYƏNLƏŞDİ

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib.   Sfera.az xəbər veri...