Ekspert Doroxinin Dilqəm açıqlamasına sərt cavab verdi

Ekspert Doroxinin Dilqəm açıqlamasına sərt cavab verdi

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Sputnik-ə geniş müsahibəsində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovla bağlı səsləndirdiyi fikirlərə ekspert Üzeyir Cəfərov sərt reaksiya verib.

Sfera.az xəbər verir ki, ekspert Lapşinlə Əsgərov məsələsinə fərqli yanaşma səbəbini izah etmək istəyən Doroxini qeyri-səmimi olmaqda ittiham edib.

Ü.Cəfərov Rusiyanın həbs edilən vətəndaşları ilə maraqlandığını və məhbəsə nümayəndə göndərildiyini Lapşinin timsalında deyən Doroxini D.Əsgərova eyni münasibətin göstərilməməsi səbəbini aydınlaşdırmağa çağırıb:

"Siz bu günə kimi, heç olmasa, bircə dəfə Rusiya vətəndaşı olan, milliyətcə azərbaycanlı Dilqəm Əsgərova Rusiya Federasiyasının Ermənistandakı və ya Moskvadakı rəsmi nümayəndələri tərəfindən baş çəkildiyini deyə bilərsinizmi?”

Ü.Cəfərov bildirib ki, bu məqamda separatçı quruma müdaxilə imkanının olmaması barədə arqument işə yaramır: "Necə olur ki, siz separatçılara mütəmadi olaraq Moskva şəhərində öz hansısa qondarma toplantılarını, görüşlərini keçirməyə şərait yaradırsınız və zərrə qədər də vicdanınız sızlamır ki, axı həm Azərbaycan, həm Gürcüstan və Moldova məhz sizin xeyir-duanız ilə "at oynadan" separatçılara görə neçə-neçə vətəndaşını, hərbi qulluqçusunu bu illər ərzində itirib? Və siz onlara rahatca silah-sursat ötürəndə münasibət və təmas qura bilirsiniz, belə vacib məsələdə isə müdaxilə edə bilmirsiniz?”

Ü.Cəfərov Doroxinin "Necə oldu ki, Əsgərov orda peyda oldu? Necə oldu ki, o sərhəd xəttini keçdi? Əslində baş verən nə idi? Niyə Əsgərovun yanında silah var idi? Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur” sözlərinin də məntiqsiz olduğunu bildirib:

"Əsgərov heç bir sərhədi keçməyib. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, doğulduğu Kəlbəcər rayonu ərazisində ata-anasının məzarlığını növbəti dəfə ziyarət edərkən separatçılar və sizin dövlətin aktiv köməkliyi vasitəsiylə girov götürülübdür”.

Ekspert səfirin "Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur” sözlərinə də kəskin etiraz edib:

"Əgər sizin bu məsələdən ətraflı xəbəriniz yoxdursa, onda haradan bilirsiniz ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevdə silah olub? Deməli, əgər siz əminsiniz ki, bu dedikləriniz olub, deməli sizin separatçılarla çox yaxşı əlaqələriniz var”.

Ü.Cəfərov səfirin "bu məsələnin həlli yolunua axtarırıq” sözlərinin də qeyri-səmimi olduğunu, Rusiyanın öz vətəndaşı olan D.Əsgərovdan imtina etdiyini, lapşin və Əsgərov olaylarına ikili standart tətbiq etdiyini və separatizmi dəstəklədiyini vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...