Ekspert: “Bakı avtobuslarında sərnişinlərin sayı azalmır”

Ekspert: “Bakı avtobuslarında sərnişinlərin sayı azalmır”

Koronavirusun yayılması əleyhinə ictimai nəqliyyat sektorunda aparılan tədbirlərindən biri də avtobuslarda sərnişin sıxlığının azaldılmasıdır. Çünki avtobuslarda sıxlıq sərnişinlər arasında yaxın təmasa səbəb olur ki, bu da pandemiyanın ölkədə yayılmasını sürətləndirə bilər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "MediaPost”a verdiyi açıqlamada bildirib ki, sərnişin sıxlığı yaşanan marşrut xətlərində avtobus sayını artırmaq lazımdır:

"İctimai nəqliyyatda xüsusi dezinfeksiya qaydalarına mütəmadi riayət olunmalıdır. Gündə bir neçə dəfə bütün marşrutlarda avtobusların hər biri dezinfeksiya edilməlidir. Xüsusi karantin rejiminin olmasına baxmayaraq vətəndaşların ictimai nəqliyyatdan fəal şəkildə istifadə etdiyini müşahidə edirik. Çünki xəstəxanalar, apteklər, mağazalar çalışır, belə olan halda şəhərdə sərnişinlərin də sayı azalmır.

İctimai nəqliyaytda sıxlıq hər marşrutda deyil, müəyyən marşrutların avtobuslarında müşahidə edilir. Belə olan halda həmin marşrutlarda avtobus sayını artırmaq lazımdır. Sərinişinlər də maarifləndirilməlidir ki, avtobuslara minərkən bir-birinin arasında qaydalara uyğun məsafə saxlasınlar, maskalardan və avtobusların içində olan dezinfeksiya məhlullarından istifadə etsinlər. Bu barədə təbliğat aparılır. Amma düşünürəm ki, sıxlığın qarşısını maarifləndirməklə tam almaq mümkün olmayacaq. Ola bilər belə bir qayda tətbiq olunsun ki, hər avtobusda on nəfərdən artıq adam əyləşməsin. Bu, "Bakubus” avtobuslarına aiddir. Belə olan halda isə avtobusların sayını artırmağa ehtiyac olacaq. Hazırda istifadə olunmayan marşrutların avtobuslarını sıxlıq olan marşrutlara yönləndirmək daha doğru addım olar. Dayancaqlarda da xüsusi dezinfeksiya işləri aparılmalı, orada karantinlə bağlı xüsusi cəlb edilmiş insanlar olmalı və avtobuslara əyləşərkən sərnişinlər maarifləndirilməlidir. Bu proseslərdə təkcə BNA deyil, Səhiyyə Nazirliyinin əməkdaşları da fəal iştirak etməlidir. Sərnişinlər də ilk növbədə maska taxmalıdır. Bu, vacib amillərdən biridir. Eyni zamanda, sərnişinlər əllərini dezinfeksiya etməli və aralarında iki metr məsafə saxlamalıdırlar. Avtobusda sıxlıq olarsa bu məsafəni saxlamaq olmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...