EHTİYATLI OLUN! Günəş şüaları bu xərçəng xəstəliklərini yaradır

EHTİYATLI OLUN! Günəş şüaları bu xərçəng xəstəliklərini yaradır
Havalar isindikcə, qadınları günəşin mənfi şüalarından qorunmaq kimi bir problem də narahat edir.
XəzərXəbər big.az-a istinadən xəbər verir ki, əvvəllər insanlar günəş şüalarının mənfi fəsadları haqqında heç düşünməzdilər. Uzaqbaşı, nənələrimiz, analarımız günəş şüalarından üzlərində yaranan ləkə və çillərdən qorunmaq üçün o vaxtın populyar kremi "Axromin”dən istifadə edərdilər.
Amma indi zəmanə dəyişib, insanlar daha məlumatlıdırlar. Bilirlər ki, günəş şüaları insan orqanizmi üçün faydalı olduğu qədər də zərərlidir. İndi dənizə səhər gedib, qızmar günəşin adamı yandırdığı günorta saatlarından, ta axşama qədər günəşlənib, qaralmaq lazım deyil. Bunun üçün günün müəyyən saatlarında günəş vannaları qəbul etmək kifayətdir.
Həmçinin dənizə gedən zaman eynək, günəş kremi, papaq götürmək də çox vacibdir.
Onu da əlavə edək ki, artıq bir neçə ildir günəş vannası qəbul etməyin melanoma - dəri xərçənginə səbəb olduğu mövzusu geniş müzakirə edilir. Belə ki, mütəxəssislər günəş vannasının ürək xəstəlikləri ilə yanaşı, dəri xərçəngi riskini artırmasını istisna etmirlər. Təbii ki, burada söhbət bədənində bu riskə meyilli xalları olanlardan gedir.
Bədəndə olan xalların təhlükəsi
Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Onkoloqlar melanomanı "qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez inkişaf edir, sürətlə müxtəlif orqanlara metastazlar verir və bir çox hallarda insanın tez biz zamanda həlak olmasına səbəb olur. Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan "zərərsiz” xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə böyük xallar) olduqda insan çox diqqətli olmalıdır. Xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.
Bu simptomların arasında:
- Xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın hissələrinə diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.
- Xalın kənarları nahamar - dalğavari və ya "dişli” şəkil aldıqda.
- Xalın rəngi normalda dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara-red), bu təhlükəli simptom sayılır.
- Xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.
- Xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.
Əgər siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır. İlkin mərhələdə bu xəstəlik tam müalicə oluna bilər.
Melanomanın risk faktorları aşağıdakılardır:
- Günəş vannalarından süi-istifadə - xüsusilə günün maksimal aktivlik vaxtlarında - 12.00-dan -16.00-a kimi olmaz.
- Xalın travması (qopma, zədələnmə).
- Xalın paltarların detalları ilə (kəmər, yaxalıq, büsthalter) daim sürtülməsi və ya sıxılması.
- Orqanizmdə gedən hormonal dəyişikliklər (hamiləlik zamanı və s.).
Bir qrup insanlarda xalın melanomaya çevrilməsi riski digər insanlarla müqayisədə daha yüksək olur. Bu dərisi və saçları açıq rəngdə olan, bədənində çoxlu iri (6 mm-dən böyük) xallar olan, yaxın qohumları arasında melanoma xəstəliyi olan insanlara aiddir.
Həkimlərin müşahidələrinə görə, bəzən xalların xaric edilməsi melanomanın inkişafına təkan verə bilər. Bu səbəbdən heç bir halda xalı ev şəraitində kəsməyin, yandırmayın, xalın xaric edilməsi üçün xalq təbabəti vasitələrindən istifadə etməyin. Həmçinin xalın kosmetik kabinetlərdə, salonlarda və sair bu kimi yerlərdə xaric edilməsi də çox təhlükəlidir.
Xalın xaric edilməsindən əvvəl mütləq dermatoloq-onkoloqun müayinəsindən keçmək lazımdır. Həkim bu xalla bağlı olan riskin olub-olmamasını təyin edir.Daha sonra xal xaric oluna bilər.
Xalı adi kosmetoloq deyil, həkim-dermatoloq xaric etməlidir. Xaric etdikdən sonra xalın mikroskopik hissəsi laboratoriyaya sitoloji analizə göndərilməlidir. Bu çox vacibdir. Bəzi hallarda belə analiz melanomanı ilkin mərhələlərdə aşkar etməyə və nəticədə insanın həyatını xilas etməyə kömək edir. Əgər analiz nəticəsində melanomaya şübhə yaranarsa, mütləq onkoloqa müraciət etmək lazımdır.
İri (1 sm-dən böyük), "pis” yerlərdə yerləşən (məsələn, qoltuğaltı nahiyəsində, boyunda, pəncədə, üzdə-red) və nəticədə tez-tez travmalara məruz qalan xalları vaxtında və düzgün xaric etmək çox vacibdir. Bu gələcəkdə melanomanın inkişafının riskini azaldır.
Dəridə çil və piqment ləkələrinin əmələ gəlməsi
Yuxarıda da qeyd etdiyimiz kimi, yaz-yay aylarında qadınları ciddi narahat edən problemlərdən bəlkə də ən birincisi çillərdir. Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur. Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalır, melanosit hüceyrələri daha çox melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər. Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmaq əvəzinə, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır.
Üz, boyun, qol, çiyin nahiyələrinin dərisi daha çox hallarda yanır. Buna görə də bədənin həmin nahiyələrinə günəşdən qoruyucu kremlər sürtmək lazımdır. Yadda saxlayın ki, sağlam şəkildə qaralmaq üçün yalnız kölgəlikdə, tentin (günəşdən qoruyucu çətir-red) altında günəş vannaları almaq lazımdır. Günorta saatlarında açıq günəş şüaları altında qaralmağa cəhd edən kimi, dərinin "yanması” baş verir ki, bu da hətta bir çox illərdən sonra da dəridə piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır: hormonal dəyişikliklər, streslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə, həmçinin dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-nın qəbulu, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir. Bu ləkələrlə (xloazmalar) mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.
Qızmar günəş mastopatiya fonunda süd vəzinin xərçəngini
yarada bilər
Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir. Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara "mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu "adi” xəstəlik hesab edirlər. Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Süd vəzinin xərçəngini tətikləyən faktorlardan da biri yayda günün qızmar saatlarında günəş vannaları qəbul etməkdir. Yəni süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən-red) hesab edilir.
Günəş şüalarından qorunmaq üçün 80 faktorlu kremlərdən istifadə edin Respublikanın baş dermato-veneroloqu Zülfüqar Fərəcov açıqlamasında günəş şüalarının fəsadlarından danışıb. O, məsləhət görüb ki, günəş vannalarını səhər saat 06:00-dan 08:00-a qədər, axşam isə 18:00-dan 20:00-a kimi qəbul etmək olar:
"Günəş şüaları nəticəsində iltihabı proseslər yanıq şəklində ola bilər. Eyni zamanda, uzun müddətli günəş şüalarının təsiri nəticəsində xroniki fəsadların əmələ gəlməsində rol oynaya bilər. Günəş şüaları bədəndə olan xalların xoşxassəli gedişini bədxasəli gedişə çevrilə bilər. Bəzən xəstəliklərin yaranmasında xarici faktorları əsas turular. Əslində isə insanlar öz orqanizmlərinə çox etinasız yanaşırlar. Bu etinasızlığın fonunda görürsən ki, dəridə bəzi dəyişikliklər əmələ gəlir. Proses uzun müddət davam edir, sonra isə xronikiləşir. Bu da sonda bəd xassəli konservasiya verə bilər. Ümumiyyətlə, günəş şüalarından qorunmaq üçün 80 faktorlu qoruyucu kremlərdən istifadəni tövsiyə edirəm”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...