“Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazısı vəfat etdi - FOTO

“Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazısı vəfat etdi - FOTO
 Bir müddət əvvəl "Ege Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.

Qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, Qarabağ döyüşçüləri iştirak edib.

R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. 708 saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə istiqamətlərində döyüşən qazi bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl ""Ege Hospital” da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdı və bunun müqabilində ondan 3212 manat alınmışdı. "Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra Qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.

Köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində məskunlaşan qazımızın iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!
 
(medicina.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...