Əfsuslar olsun ki, reallıq budur – Mehriban Əliyeva

Əfsuslar olsun ki, reallıq budur – Mehriban Əliyeva

Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir?

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib. Mehriban xanım bütün bu sualların cavabının Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasəti olduğunu bir daha vurğulayıb:

"Bütün bu illər boyu Azərbaycan dövləti soydaşlarımızın üzləşdiyi problemlərin həlli üçün öz gücü ilə bütün lazımi tədbirləri görüb, lazımi addımları atıb və bunun nəticələri bu gün göz qabağındadır. Ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib”.

M.Əliyeva deyib ki, indiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın və köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır:

"Biz bunun üçün çalışırıq və çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...