Əfran İsmayılov: Bir komanda həqiqətən ailədir – MÜSAHİBƏ + FOTOSESSİYA

Əfran İsmayılov: Bir komanda həqiqətən ailədir –  MÜSAHİBƏ + FOTOSESSİYA

“Oyundan kənarda dostuq, amma oyunda rəqibik”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı futbolçu Əfran İsmayılovdur.

- Əfran İsmayılov, “Qarabağ”ın parlaq futbolçularından biri kimi yadda qalmısan. Başlayaq əvvəldən - Əfran və futbol?

- Mən bir çox klublarda oynamışam, amma əksəriyyət məni “Qarabağ”dan yadda saxlayıb və elə bir çox uğurlarım da o komandada olub, bunu yaddan çıxara bilmərəm.

“Qarabağ”da 2006-2011-ci il ərəfəsində oynamışam, sonra “Bakı”ya transfer oldum.

“Bakı” futbol klubunda ab-hava necə idi? “Qarabağ” kimi bir komandadan Bakıya getmək çətin olmadı ki?

- Düzdü, həmin ərəfədə bir çoxları “Qarabağ”dan ayrılmağımı istəmirdilər. Amma bu futboldu və futbolda bir yerdə qalmırsan, yerin dəqiq bilinmir. İstənilən vaxt istənilən kluba keçə bilərsən. Oynadığın klubdasan, bir də baxırsan ki, başqa klubdasan, yəni futbolda bu mümkündür. Mən də Bakıya keçdim, ilk altı ayı hər şey yaxşı idi, sonradan artıq hər kəsin bildiyi kimi komanda böhran yaşadı və artıq futbolçular klubdan getməyə başladılar.

- Sonra “Xəzər-Lənkəran” dövrü başladı. Futbol həyatın orda necə keçdi?

- Bilirsən, hər klubun özünün rejimi, qrafiki, psixologiyası var. Futbolçu da bu rejimə öyrəşməyə çalışır. Hər biri özünə görə yaxşı klubdu.

Bir müddət bu klubda oynadım, sonra da öz istəyimlə ayrıldım.

- Ayrılmağına səbəb nə idi?

- Komandaya yeni tərkib gətirəcəklərini söylədilər və bəzi işlərdə mənimlə razılıq olmadı, ona görə də ayrıldım.

- Bu qədər klubda oynamısan və bir komanda ailə deməkdir. Hansı məşqçi sənə daha yaxın idi? Hansı məşqçi ilə çalışmaq daha rahatdı?

- Bir neçə klubda olmuşam və bir neçə məşqçi ilə çalışmışam. Hər kəs bilir ki, Qurban müəllim başqadır, onun xarakteri, davranışı, bir komandaya rəhbərlik etməsi başqadır. Onunla bir klubda olmaq, bir komandada oynamaq daha rahatdır.

- Bir komandada oynayırsan və o komanda sənin üçün ailə olur, digər bir komandaya keçəndə o ailənlə rəqib olursan. O anda nə baş verir?

- Hər birimiz rəqibik. Bir komanda həqiqətən ailədir və biz futbol oynadığımızı bilirik. Oyundan kənarda dostuq, amma oyunda rəqibik və hər kəs də bunu çox yaxşı anlayır.

- Bəs dava düşəndə?

- Çox böyük davalar olmayıb, amma sözləşmə olur, o da oyunda qalır. Sözsüz oyun olmur.

- Azərbaycan futbolu deyəndə ilk ağıla kim gəlir?

- Mən uşaqlıqdan futbol deyəndə ilk gözümün önünə Rəşad Sadıxov gəlib, daha sonra Zaur Tağızadə və Qurban müəllimin özü.

- Bəs Əfran deyəndə kimlər nə deyəcək?

- Onu zaman göstərəcək, pis, ya da yaxşı nəsə deyəcəklər.

- Futboldan savayı hansı işlə məşğulsan?

- İnanırsan, ondan başqa heç nə bacarmıram (gülür).

- Məsələn, sənə doktor Əfran deyə bilərdilər?

- İnanmıram (gülür). Ola bilməzdi...

- Əfran, yenidən adın “Qarabağ”da çəkilə bilərmi?

- Bilmək olmaz, hələ ki düşünmürəm. Həm də indi istirahətdəyik, bəlkə də ola bilər, ona mən özüm və “Qarabağ”ın rəhbərliyi qərar verə bilər. Onu da ki yaşayıb görərik.

- Sənin zarafatlarından çox adam danışır, həmişə beləsən, yoxsa kefinə baxır?

- Dost-tanış deyirsə deməli eləyəm, zarafatı xoşlayıram.

- Hal-hazırda planın, istəyin, məqsədin nədir?

- Futboldayam. Məqsədim, istəyim, planım Azərbaycan futbolunda adımı yenidən yazdırmaqdır. Tənbəllik etməməliyəm, məşqləri davam etdirməliyəm. İnanıram ki, istəklərim də reallaşacaq.

Nərmin KazımovaFoto: Nahid Nağızadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...