Çeçen nazir: “Çeçenistanda azərbaycanlılarla davanın səbəbkarları axtarılır” - VİDEO

Çeçen nazir: “Çeçenistanda azərbaycanlılarla davanın səbəbkarları axtarılır” - VİDEO
Çeçenistanın xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvadakı "Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.

"Ölkə.Az” xəbər verir ki, Umarov münaqişənin səbəbkarlarının axtarıldığını deyib:

"Çeçenistan Respublikasının rəhbərliyi insident barədə xəbərdardır. Bizim nümayəndələr münaqişənin təfərrüatlarını öyrənirlər və davanın səbəbkarlarını axtarırlar”.

Qeyd edək ki, Moskvanın "Neolit” kafesində 14 fevral tarixində çeçenlərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.



OXŞAR XƏBƏRLƏR