Ebru Gündeş 25 milyonluq qalmaqallı villasından köçür - FOTO

Ebru Gündeş 25 milyonluq qalmaqallı villasından köçür - FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin 25 milyon TL dəyərindəki (yeddi milyon manat) malikanəsindən köçdüyü barədə məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, türkiyəli ulduz Kanlıcada uzun illər yaşadığı dəbdəbəli malikanəsindən köçür.

O, Kanal D-də yayımlanan "2-ci səhifə” maqazin proqramında bildirib ki, doqquz yaşlı qızı Alara ilə boğaz mənzərəli villada yaşayan Gündeş İstanbulun başqa bir səmtinə köçəcək.

 

Qeyd edək ki, bu villaya görə müğənni bir neçə dəfə məhkəməyə verilib. Belə ki, əkiz villalara əlavə lift qoydurub birləşdirdiyinə görə Ebru Gündeş məhkəməlik olub.

Mədəniyyət abidəsi sayılan villaya zərər verdiyinə görə müğənniyə altı aydan üç ilədək həbs cəzası tələb edilib. Lakin məhkəmədə iddiaya xitam verilib. Bu işə imza atan memar Hakkı Sühaya isə bir il səkkiz ayadək həbs cəzası kəsilib.

Ebru Gündeş villanı bir neçə dəfə satışa çıxarsa da, tarixi bina alıcı tapmayıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...