Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

İyunda Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-keçid məntəqəsinin rəisi Sənan Şükürov və əməliyyatçısı Cəlaləddin Həsənov həbs olunub. 

Bu barədə “Qafqazinfo”ya daxil olan ilginc məlumatlara görə, həmin ayın ortalarında hər iki şəxsin saxlanılması ilə bağlı DSX-nın xüsusi əməliyyat qrupu əməliyyat həyata keçirib və nəticədə həbslər reallaşıb. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və hazırda onların işi üzrə istintaq aparılır. 

Saxlanılan Sənan Şükürova qarşı qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham irəli sürülüb. Rəisin evində aparılan axtarış nəticəsində külli miqdarda patron aşkarlanıb. 

Maraqlıdır ki, kapitanların həbs olunması bu ilin mayında DGK sədri Aydın Əliyev tərəfindən Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarə rəislərinin dəyişdirilməsi ilə eyni vaxta təsadüf edir.

Həbs olunan şəxslərin ailə üzvləri Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general Elçin Quliyevə müraciət ediblər. Onlar kapitanların günahsız olduğunu və şərlənərək həbs edildiklərini bildirirlər. 

Qohumların iddialarına görə, həbs olunan şəxslər son aylar işlərini daha yaxşı yerinə yetirərək, yanvarda sərhəddə külli miqdarda narkotik vasitə saxlayaraq ölkəyə keçməsinə imkan verməyiblər. Ailə üzvləri belə bir fikir irəli sürüblər ki, baş verənlər məhz kiminsə bu nailiyyətləri “həzm edə bilməməsinin” nəticəsidir. 

Qeyd edək ki, hər iki şəxsin həbsinin məhz DSX-nın adı açıqlanmayan əməkdaşının müraciəti əsasında reallaşdığı bildirilir. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...