Dövlət qurumlarında yoxlama aparıldı

Dövlət qurumlarında yoxlama aparıldı
Hesablama Palatası dörd qurumda audit aparıb.

Sfera.az qurumun saytına istinadən xəbər verir ki, audit Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, Nazirliyin 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin "Ümumi dövlət xidmətləri” bölməsindən ayrılan vəsaitlərin və "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun vəsaitlərinin proqnozlaşdırılması və icrasına, eləcə də Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair olub.

Palatanın Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə qərarların layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...