Dövlət Komitəsi sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı açıqlama yaydı

Dövlət Komitəsi sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı açıqlama yaydı
 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Mətbuat xidməti martın 27-də sosial şəbəkələrdə Abşeron rayonu ərazisindəki 1000 ailəlik yeni qəsəbədən sosial şəbəkə vasitəsi ilə yayımlanan videogörüntülərlə bağlı məlumat yayıb. Sfera.az həmin açıqlamanı təqdim edir:


Yeni yaşayış məhəlləsində yerləşdirilən məcburi köçkünlərdən bəzilərinin mənzillərdə mətbəx mebeli, isti su və qaz təchizatının olmaması, həmçinin sərnişin nəqliyyatının işindəki çatışmazlıq barədə müraciətləri Dövlət Komitəsinin səlahiyyətli şəxsləri tərəfindən yerində araşdırılımışdır. Bu zaman məcburi köçkünlərin diqqətinə çatdırılmışdır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikintisi həyata keçirilən digər yaşayış məhəllələrindəki kimi bu kompleksdə də tam təmir edilmiş mənzillərin mətbəxi qaz plitəsi, dolab və tumba ilə təchiz olunub. Son vaxtlar məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sahibkarlıq və biznes strukturları tərəfindən inşa edilmiş bir neçə yaşayış kompleksində məhz həmin strukturların təşəbbüsü ilə xeyriyyəçilik aksiyası kimi yüngül mətbəx mebeli və digər avadanlıqlar sakinlərin istifadəsinə verilib.


Abşeron rayonunun ərazisindəki 1000 ailəlik yeni yaşayış kompleksindəki mənzillərin isti su və təbii qazla təminatının olmaması isə mövcud binalarda məcburi köçkünlərin yerləşdirilməsinin hələ tam başa çatmaması ilə əlaqədardır. Belə ki, binalar tam məskunlaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaqdır.

Məcburi köçkünləri sərnişindaşıma ilə bağlı istəyi isə kompleksdən təkcə Sumqayıt şəhərinə deyil, Bakıya və digər yaşayış məntəqələrinə birbaşa gediş-gəliş imkanının yaradılması barədədir ki, Dövlət Komitəsi bu məsələnin də həlli üçün müvafiq qurumlara müraciət edib və həmin müraciətə müsbət cavab veriləcəyi gözlənilir. Qeyd edək ki, gün ərzində qəsəbədən Sumqayıta gediş-gəliş 12A nömrəli avtobus vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, kompeksdə məcburi köçkünlərin yerləşdirilməsinə bu ilin fevral ayından başlanılıb və proses davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...