Sağlıq

Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur

Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur

Gündəlik həyatda qədərində istifadə edilən duz və şəkər orqanizm üçün vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Sfera.az bildirir ki, рəkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, qidalanma zamanı qəbul edilən ərzaqların əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörək və salatlara duz əlavə etmək sağlamlıq üçün problemlər yaradır: "Duzun çox qəbul edilməsi bir sıra xəstəliklərin yaranmasına rəvac verir. Bu zaman qan təzyiqi yüksəlir, mədə qıcıqlanır. Duzlu qidaların həddindən çox qəbul edilməsi isə artrit, revmatizm, dermatit, ekzema kimi xəstəliklərin yaranmasına aparıb çıxarır".

Onun dediyinə görə, uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur, onun qavrama qabiliyyəti və yaddaşı zəiflətdiyi mütəxəssislər tərəfindən təsdiq olunub: "Son illər piylənmənin iki dəfə artmasının bir səbəbi də "ağ ölüm" adlandırılan şəkər və duzun normadan artıq qəbul edilməsidir. Şəkər tərkibli qidalar qanda şəkəri artıraraq şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb olur. Əksər insanların sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə istifadə edildikdə tam həzm olmur, qaraciyərin piylənməsinə və dişlərin çürüməsinə aparıb çıxarır".

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930