"Düşmən strateji avtoyolu tutmağa çalışıb"

 Ermənilər ötən ilin aprelində qarşılaşdığı məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir.

Sfera.az sia-ya istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi akademiyasının müəllimi, hərbi ekspert, polkovnik Xətai Baxışovun fikirlərini "Kavkazskiy uzel" saytı qeyd edib.

"Erməni tərəfi ötən il Lələ Təpə yüksəkliyi və Talış kəndi ətrafında itirdikləri ərazilərin revanşını almaq üçün məqsədyönlü təxribatlara əl atır", - deyən polkovnikin sözlərinə görə, düşmən itirilmiş mövqeləri geri almağa cəhd edib, ancaq buna nail ola bilməyib:

 

"Ona görə bu dəfə zərbə nöqtəsini dəyişiblər və Xocavənd-Fizuli istiqamətində onlara sərf edən mövqeləri tutaraq, Beyləqan və Ağcabədi rayonlarını Ağdam, Tərtər və Bərdə rayonları ilə birləşdirən strateji avtoyolu tutmağa çalışıblar. Bu baş versəydi, hərbi birləşmələrin, eləcə də mülki vətəndaşların həmin istiqamətdəki hərəkətlərində çətinlik yaradacaqdı, amma düşmən buna nail ola bilmədi".    



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...