Təhsİl

Dünyanın ən yaxşı 2000 universiteti arasında Azərbaycan universitetləri yoxdur - SİYAHI

Dünyanın ən yaxşı 2000 universiteti arasında Azərbaycan universitetləri yoxdur - SİYAHI
Dünya Universitetləri Reytinqi Mərkəzi ("Center for World University Rankings”) 2019-2020-ci tədris ili üçün dünyanın ən yaxşı universitetlərininsiyahısını açıqlayıb. 
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, 2000 universitetin yer aldığı siyahıda ilk onluqda müvafiq olaraq Harvard Universiteti, Massaçusets Texnologiya Universiteti, Stenford Universiteti (ABŞ), Kembric Universiteti, Oksford Universiteti (Böyük Britaniya), Kolumbiya Universiteti, Prinston Universiteti, Berkli Kaliforniya Universiteti, Pensilvaniya Universiteti, Çikaqo Universiteti (ABŞ) qərarlaşıb.
Qeyd edək ki, mərkəzin siyahısına universitetlər təhsil səviyyəsi, məzunların işlə təmin olunma faizi, müəllim heyətinin keyfiyyəti və universitetlərin elmi fəaliyyət göstəricilərinə görə daxil olurlar.
Xatırladaq ki, dünyanın 99 ölkəsinə aid 20 min ali təhsil ocağı arasından seçilmiş 2000 universitetin yer aldığı siyahıda Azərbaycanda olan universitetlərdən heç biri yer almayıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031