Dünyanın ən varlı kişisini intim fotoları ilə şantaj edirlər

Dünyanın ən varlı kişisini intim fotoları ilə şantaj edirlər
"Amazon"un yaradıcısı və dünyanın ən varlı kişisi olan 54 yaşlı Ceff Bezosu şantaj edirlər. 

Bu haqda iş adamı öz profilində xəbər yayıb. O, "National Enquirer" dərgisini və onun sahibi Devid Pekkeri onu intim şəkilləri ilə şantaj etməkdə günahlandırıb. 

Bezosun sözlərinə görə, jurnalistlər onu şəxsi intim fotolarını yaymaqla təhdid edirlər. Həmin şəkilləri isə biznesmen 49 yaşlı sevgilisi Loren Sançesə göndərdiyini bildirib. 

"American Media Inc." holdinqə aid olan "National Enquirer"in tələbi Ceffin haqqında verilən bir xəbərin araşdırmasını dayandırması, onun şəxsi həyatı ilə bağlı "National Enquirer"in yayımladığı xəbərin siyasətlə heç bir əlaqəsi olmadığını bəyan etməkdir. 

"Əgər mən bu yalan xəbəri yaymasam, şəxsi fotolarımı işıqlandıracaqlar. Biz "American Media Inc."in heç bir siyasi gücündən sui istifadə etmədiyini deməliyik" deyə, biznesmen söyləyib.

Qeyd edək ki, Ceff arvadı Makkenze ilə boşanma ərəfəsindədir.(Axşam.az )

OXŞAR XƏBƏRLƏR