Dünyanın ən təhlükəsiz ölkələri - Reytinqdə Azərbaycan da var

Dünyanın ən təhlükəsiz ölkələri - Reytinqdə Azərbaycan da var
"Global Finance" jurnalı 2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini təqdim edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, mütəxəssislər 128 ölkə üçün təhlükəsizlik indeksini hesablayıblar.

Reytinqin tərtibatı zamanı hərbi münaqişənin mümkünlüyü, cinayətkarlıq səviyyəsi və vətəndaşların şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakət ehtimalı nəzərə alınıb.

"Top-20"yə inkişaf etmiş iqtisadiyyatı və yaxşı səhiyyə sistemi olan Avropa ölkələri daxil olub. Reytinqdə birinci yerdə İslandiya qərarlaşıb. İsveçrə ikinci, Finlandiya isə üçüncü olub. Avropalı ölkələriylə yanaşı, ən təhlükəsiz 20 ölkə arasında Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada da yer alıblar.

İqtisadiyyatın yüksək inkişaf səviyyəsinə baxmayaraq, Yaponiya və ABŞ yalnız müvafiq olaraq, 43-cü və 65-ci yerdə qərarlaşıblar. Bu, Yaponiyada təbii fəlakət riskinin yüksək olması, ABŞ-da isə zorakılıqla törədilən cinayətlərin sayının çox olması səbəbindən şəxsi təhlükəsizlik səviyyəsinin az olması ilə bağlıdır.

Azərbaycan reytinqdə 71-ci yeri tutub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filipin adaları hesab edilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...