Dünyanın ən çox qızıl alan ölkələri hansıdır?

Dünyanın ən çox qızıl alan ölkələri hansıdır?
Dünyada son illər qızıla olan təlabat sürətlə artır. Sfera.az xəbər verir ki, 2018-ci ildə dünyada qızıla olan təlabat 74 faiz artıb.
 
Dünyada ən çox qızıl alan ölkələr isə qonşularımızdır. Açıqlanan statistikaya görə  Rusiya, Türkiyə və Qazaxıstan dünyanın ən çox qızıl alan üç ölkəsi olub.
 
Dünya Qızıl Şurası (WGC) tərəfindən açıqlanan  hesabata görə, 2018-ci ildə alınan qızıl 651,5 tona çatıb ki, bu da 1971-ci ildən bu yana ən yüksək həddir. 
 
Rusiya keçən il 274,3 ton qızıl alıb.  2018-ci ildə dünyanın qızıl ölkəsidir.
Bununla da Rusiyanın  qızıl ehtiyatları 2018-ci ilin sonunda 2 min 133 tona çatıb.
Türkiyə isə keçən il qızıl ehtiyatlarını 51,5 ton artıraraq, dünyanın ən çox qızıl alan ikinci ölkəsi olub.


OXŞAR XƏBƏRLƏR