Dollar ajiotajı özəl klinika qiymətlərinə necə təsir edir?

Dollar ajiotajı özəl klinika qiymətlərinə necə təsir edir?

Dolların bahalaşması dərman bazarına ciddi təsir edib. Bundan başqa, tibbi ləvazimatların, avadanlıqların, cərrahiyyə əməliyyatları zamanı istifadə olunan alətlərin də qiyməti artıb.

Dövlət xəstəxanalarında dərman və digər tibbi ləvazımatlar dövlət tərəfindən verildiyindən bahalaşma daha çox özəl klinikalarda hiss olunacaq.

Bəs qiymətlərin artması özəl klinikaların fəaliyyətinə necə təsir edəcək?

Sfera.az məlumatına görə, virtualaz.org özəl klinikalar arasında sorğu keçirib.

Dolların bahalaşması “Modern Hospital” klinikasının xərclərinə ciddi təsir edib.

Baş həkimin müavini Təranə Hüseynovanın sözlərinə görə, hazırda müayinə və həkim qəbulunun qiymətində artım yoxdur:

“Klinikalarda qiymətlər dəyişməyib, işçilər arasında ixtisarlar aparılmır. Lakin gələn il nə olacağı bəlli deyil. Digər klinikalar kimi “Modern Hospital” da alətləri, dərmanları, plyonkaları dollarla alır. Buna görə də dolların bahalaşması qiymətlərə təsir edir. Lakin müayinələrin qiymətində artım olub-olmayacağı gələn il bəlli olacaq”.

“Turan” klinikasından dedilər ki, hələlik müayinələrin qiymətində artım yoxdur:

“Onsuz da xəstələrin maddi imkanları məhduddur. Qiymət artırılsa, müayinəyə və ya müalicəyə gələnlərin sayı azalacaq. Amma dolların bahalaşması işimizə mütləq təsir edəcək”.

“Sity Hospital” klinikasının əməkdaşı isə dolların bahalaşmasının klinikanın fəaliyyətinə təsir edib-etməyəcəyini söyləməkdə çətinlik çəkib:

“Hələlik əvvəl tətbiq etdiyimiz qiymətlər dəyişməyib. Lakin bu barədə yalnız klinikanın rəhbəri Əlövsət Qocayev məlumat verə bilər”.

Ə.Qocayevlə əlaqə saxlamaq isə mümkün olmayıb.

“Vital” klinikadan dolların bahalaşmasının klinikanın fəaliyyətinə “müsbət təsir etdiyini” söyləyərək telefonu qapatıblar.

Mərkəzi Klinik Xəstəxanadan açıqlama vermək səlahiyyətində olmadıqlarını dedilər.

“Oksigen” klinikasında da müayinələrin qiyməti artmayıb, lakin gələn ildən qiymətlərə yenidən baxıla bilər.

“Diaqnoz” tibb müəssisəsində isə gələn il qiymətlərə yenidən baxılacağının mümkünlüyünü söyləyiblər.

Qeyd edək ki, dollar bahalaşandan sonra bəzi klinikaların bağlanacağı ilə bağlı bu gün məlumatlar yayılıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...