“Dollar 2 manat olmayacaq” - RƏSMİ

“Dollar 2 manat olmayacaq” - RƏSMİ
“Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı”.

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə deyib. O qeyd edib ki, əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı.

“Lakin, siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı.

Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".  

Baş bankir qeyd edib ki, manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur.  

"Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyatın qurulmasıdır. 2015-ci ilin ilk devalvasiyasına qədər ən çox inkişaf edən bank sektoru idi. Kapitallaşma 18 faiz, 2dəfədən çox idi.

Problemli kreditlərin sayı 5 faizdən çox idi. 10-12 ildə banklar 80 milyon kredit veriblər, iqtisadiyyatı stimulaşdırıblar. Ən çox təsirlənən sistemlərdən biri bank sektoru oldu, amma bank sektoru bir neçə adı çəkilən bankları kənara qoysaq kifayət qədər sabitdir.  Kiçik kreditlərə gəlincə, E.Rüstəmov qeyd edib ki, bunlara addım-addım baxılır.  

“Bu gün hökumətin həddindən artıq gündəliyi var. Yəqin ki bu məsələyə qayıdılıb, müzakirə olunacaq və ictimaiyyət də məlumatlandırılacaq. Cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Manat valyuta deyil, dövlət simvioludur.

Digər tərəfdən çox ümumiləşdirilmiş iqtisadi məfhumdur. Bu gün Azərbaycan iqtisadiyyatını ifadə edən milli valtyuta onun məzənnəsidir. Nefti ətrafında yaşanan situasiya yeni inkişaf mərhələsinə aparan çağırışdır və biz bunun öhdəsindən gələcəyik”.  

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...