Diş çəkdirməyə gedən şəxs canından oldu - VİDEO

Diş çəkdirməyə gedən şəxs canından oldu - VİDEO
Paytaxtda, eləcə də bölgələrdə özəl stomatoloq kabinetləri, diş klinikaları günü gündən artmaqdadır. Belə demək mümkünsə "müştəri" cəhətdən də korluq çəkdiklərini qətiyyən demək olmaz. Bəlkə də elə pasientlərin çoxluğundandır ki, bəzi stomatoloqlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxardırlar.

Sakin: "Bir dəfə bir klinikada olanda ürək döyüntülərim çox artıb. Diş çəkdirməzdən öncə müayinə aparılmayıb, heç "prob" da qoyulmamışdı”.

Sakin: "Sadəcə olaraq iynə vurulub və dişimi çəkiblər, əlavə heçnə olmayıb”.

Sakin: "Keyləşdirici vurmuşdular, özümü pis hiss etdim, əhvalım pisləşdi. Həkimlər müdaxilə etdi, dərman verdilər özümə gəldim”.

Mütəxəssislər deyirlər ki, pasientlərdə də az yoxdu. Əksəriyyət diş çəkilməsini, müalicəsini sadə prosedur hesab edir. Bu isə bəzən xoşagəlməz hallara səbəb olur.

Cavidan Zeynalov – Həkim-Stomatoloq: "Düzgün yanaşmırlar. Xalqımız fikirləşir ki, əşşi dişdir də, getdim həkimə iynə vurdu, çəkdi qutardı. Amma dişin çəkilməsi çox böyük bir əməliyyatdır. Gepertanik, ürək-damar xəstəliyi olan pasiyentlərə yanaşma daha diqqətli olmalıdır. Həkim mütləq bilməlidir ki, bu xəstədə filan göstəricilər var, bu göstəricilərə görə biz bu manipulasiyanı edə bilərik, yoxsa yox”.

Həkim deyir ki, bütün lazımı tədbirlər görülsə belə, bəzi hallarda keyidici iynələr orqanizmdə şok yarada bilir. Ona görə də hər bir stomatoloji kabinetdə lazımi şərait olmalıdır. Yəni, halı pisləşən pasienti özünə gətirmək, ölüm hadisəsinin qarşısını almaq üçün avadanlıqlardan tutmuş tibbi personala kimi hər kəs hazır olmalıdır.

Vaqif  Nəbiyev – Anestezioloq: "Birinci elə klinikalara müraciət etməlisiniz ki, orda anestezioloq, reanimatoloq otursun. Bundan başqa, hər bir klinikada defebrlyator, oksigen olmalıdır. Biz min nəfərdən mininə də bu qayğını göstərsək ölümdə olmaz”.

Bu gün yaşanan hadisəyə gəlincə, 41 yaşlı Arif Məlikovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Onu şok vəziyyətinə salan səbəbin nə olduğu açıqlanmasa da məlum olan bir şey var: bir diş bir insanı apardı. Deməli səhhətimizlə bağlı olan heç bir şeydə etinasız davranmamalıyıq. (ARB TV)
 
]


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...