Direktor işdən qovuldu

Direktor işdən qovuldu

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində "İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının  zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan  texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.
 
Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı, kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.
 
Məlumatda deyilir ki, Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov  səhlənkarlıq göstərərək  kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən  azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında  məsələ  qaldırılıb.
 
Təhsil Nazirliyindən bildirib ki, təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...