AdRiver
DİQQƏTLİ OLUN! Azərbaycanda qidalardan hansı xəstəliklərə yoluxa bilərsiniz?

DİQQƏTLİ OLUN! Azərbaycanda qidalardan hansı xəstəliklərə yoluxa bilərsiniz?

Bu gün Azərbaycanda əhaliyə xidmət sektorunda çalışanların sağlamlıq durumu necədir? Bu sahədə monitorinqlər aparılırmı?

Mövzunu Azərbaycan Tibb Universitetinin Kommunal Qidalanma kafedrasının müdiri İbrahim Əhmədovla müzakirə etdik. 

Ekspert Sfera.az-a açıqlamasında bildirdi ki, virus xəstəlikləri aşkarlandıqda şəxslər işə buraxılmır: 

"Qida ilə keçən xəstəliklər qida infeksiyaları, qida invarziyalarıdır. Belə xəstəliklər antraponoz xəstəliklər hesab edilir, insandan insana keçir. Bu cür xəstəliklər məhsulla keçmir”. 

İ.Əhmədov bildirib ki, işə daxil olduqda həmin şəxslər dövrü müayinədən keçirilir: 

"Bu zaman onların xroniki xəstəliklərinin olub-olmaması araşdırılır, rentgen, dəri həkimi, terapevtin rəyi alınır. İşə qəbul olmaq istəyən şəxs həmçinin stomatoloq, göz həkimindən  də keçir. Soruşacaqsız ki, göz həkimindən niyə, məgər gözdən də mikrob düşə bilər? Şəxsin göz həkimindən keçirilməsinin səbəbi odur ki, işçinin gözü zəif olduğu üçün təmas qurduğu məhsula baxmaq üçün ona yaxınlaşmaq məcburiyyətində qalır. Bu zaman da nəfəs alanda, asqıranda, öskürəndə məhsula mikrob düşəcək”. 

İ.Əhmədov qeyd edir ki, əhaliyə xidmət sektorunda çalışanlar sağlam olmalıdır, əks halda onların toxunduqları məhsullardan insanlara bağırsaq mikrobu, vərəm keçə bilər:

"Kimisi pul verib yalandan sağlamlıq kağızı yazdırırsa, biz bununla bağlı nə deyə bilərik? Onun və ondan pul alıb kağızı yazanın vicdanı olmalıdır. Xroniki xəstəlikləri olan şəxslər obliqat qrupunda çalışa bilməz. Ola bilər ki şəxsdə mədə-bağırsaq infeksiyası, yaxud da askarida kimi qurd daşıyıcısı olsun. O şəxs əlini yaxşı yaxalamadan, yumadan hansısa məmulata toxunaraq həmin mikrobları məhsula sala bilər. Bu zaman da, məhsulu istehlak edən şəxsdə də həmin xəstəlik yarana bilər. Ola bilər ki, əlində, dişində yara olsun, ondan xörəklərə, məhsullara mikrob düşə bilər. Ona görə də, daim nəzarət şərtdir".

Nigar Məhərrəm
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---