Diqqət: Apteklərdə lisenziyasız dərmanlar satılır

Diqqət: Apteklərdə lisenziyasız dərmanlar satılır

Vətəndaşları diqqətli olmağa çağırıram. Qida əlavələri apteklərdə dərman adıyla satılır.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Azad İstehlakçılar İctimai Birliyinin (İB) sədri Eyyub Hüseynov məlumat verib.

 

 

 

 

İB sədri bildirib ki, dərmanlarla bağlı olan şikayətlərə görə Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərilib.

 

 

E.Hüseynovun paylaşdığı şikayət məktubunda qeyd edilib:

"Konon” aptekdən 32.85 AZN ödəyərək həkimin şifahi tapşırığına əsasən, 1 qutu "Depomin effervescent” aldım. İçlikdə göstərilən qaydaya uyğun olaraq 1 ədəd içdim. Mədəmdə ciddi narahatlıqlar hiss etdim. Bu səbəbdən daha sonra dərmanın 2/1 hissəsini içdim. Bu dəfə mədəmdə şiddətli ağrı tutdu, getdikcə ağrı artdı. 1 saat sonra qusdum. Yenə də yaxşılaşmadım. Təcili yardım gəldi. Mənə 3 iynə vuruldu. 4 gün müddətində özümü pis hiss etdim, yemək yeyə bilmədim. Dərmanı kassa qəbzi ilə birlikdə geri qaytarmaq istəsək də aptekdən razılaşmadılar və dərman geri götürülmədi”.

 

 

Qaytarılmayan dərmanla bağlı şikayətçi özü internet üzərindən axtarış aparıb və maraqlı məqamlarla qarşılaşıb. Məlum olub ki, qəbul etdiyi dərman yox, qida əlavəsidir:

"Dərman qutusuna diqqətlə baxdım. Ştrix kod yapışdırılmayıb, 997 prefiksi heç bir ölkəni əks etdirmirdi. İçlik yalnız Azərbaycan dilində idi. Səhiyyə Nazirliyi ilə əlaqə saxladım və məlum oldu ki, bu dərman qeydiyyata alınmayıb. Yerli distribütorun heç bir rekviziti yoxdur. Daha sonra karantin müfəttişliyindən sorğu etdim. Məlum oldu ki, bu dərman deyil, qida əlavəsidir.

Preparatın nə içliyində, nə də etiketində qida əlavəsi olması barədə heç bir məlumat yoxdur”.

 

 

Şikayətçi dərmanın ekspertizasının keçirilməsini və ödədiyi 32.85 manatın qaytarılmasını tələb edib.

 

 

E.Hüseynov son vaxtlar artan bu tip şikayətlərə əsasən, vətəndaşlara dərman alarkən diqqətli olmağı məsləhət görüb.

 

 

Gülnarə Eynullaqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...