DİN magistral yolda sürət həddini endirib

DİN magistral yolda sürət həddini endirib
 

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində "Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. 

Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...