“Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir...” - Rəşid doktor

“Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir...” - Rəşid doktor
Kosa və Keçəl Novruz bayramının xüsusi personajlarıdır. Onların oyunbazlığı bayrama xüsusi məzə qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əsk etdirir. 

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov qalmaqallı açılama verib. R.Mahmudov bildirib ki, Kosa və Keçəl personajları ləğv edilməlidir. Onun sözlərinə görə Kosa və Keçəl personajları dilənçiliyi təbliğ edir:

"Bunu dəfələrlə demişəm ki, kişi başına qoyduğu papağıyla papaq atdıya getməz. Yeni ildə Şaxta baba qırmızı paltarda Qar qızla birlikdə qəşəng geyinib gəlir. İnsanlar da deyir ki, Şaxta baba bizə hədiyyə gitərəcək. Novruz bayramımızda isə Kosa və Keçəl personajlarını qarşılayırıq. Keçəl bicdi, Kosa isə nə kişi, nə də qadındır. Gələndə də dilənirlər ki, Kosa və Keçəlin payını verin. Bu yaramaz personajlar ləğv edilməlidir, bizim milləti dilənçiliyə öyrədirlər. Qürurlu millətik, türkük, amma bu cür milləti görün nə hala salıblar”.Moderator

OXŞAR XƏBƏRLƏR