Dərsini oxumadığına görə: ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü - FOTO

Dərsini oxumadığına görə: ata 6 yaşlı oğlunu süpürgənin sapı ilə döyə-döyə öldürdü - FOTO
Türkiyənin Hatay rayonunun İskəndərun qəsəbəsində pilləkandən yıxıldığını deyib, xəstəxanaya gətirdiyi oğlunu atanın döydüyü üzə çıxıb.
 
Məhmət Əli Yılmaz adlı kişi, 2012 – ci ildə evləndiyi və bir müddət öncə boşandığı Gülüstan Özgərdən olan 6 yaşlı Mərtcan adlı oğlunu yanvarın 3-də xəstəxanaya gətirib.

O xəstəxanada bildirib ki, oğlu pilləkanlardan yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olan uşağın müayinə zamanı oturacağında göyərtilər aşkarlanıb. Buna görə Mərtcanın atası polis tərəfindən şübhəli kimi dindirilib. Polisə ifadə verən zaman ata Yılmaz dərslərini oxumadığı üçün oğlunun oturacağına bir neçə dəfə vurduğunu etiraf edib. Polis ifadə əsasında araşdırmanı daha da dərinləşdirib. Və məlum olub ki, ata oğlunu süpürgənin dəmir sapı ilə vəhşicəsinə döyüb.

Ata Yılmaz dərhal həbs olunub. Hadisədən 4 gün sonra müalicə aldığı xəstəxanada Mərtcan vəfat edib.

Yılmaz polisə verdiyi ifadədə elə şeylər danışıb ki, polislər şok keçiriblər. O deyib ki, 6 yaşlı oğlunu dərs oxumadığı üçün süpürgənin dəmir sapı ilə döyüb, dodaqları göyərən uşaq yerə yıxılıb: "Oğlum yerə yıxılıb, hərəkətsiz qalanda, qorxumdan ona ürək masajı etdim. Amma Mərtcanda hərəkətlilik olmadı. Bundan sonra oğlumu qucağıma aldım. Qusmağa başladı. Bu vaxt təcili yardım gəldi, xəstəxanaya çatdırdım. Xəstəxanada qorxumdan döydüyümü demədim, pilləkandan yıxıldığını söylərim. Çox peşimanam”.
 
Bu arada, polis Yılmazın digər övladının anasının da ifadələrini alıb. Məlum olub ki, övladını öldürən ata digər uşaqlarına və arvadına da mütəmadi olaraq zorakılıq edib, onları döyürmüş. 

Arvadı da zorakılığına görə Yılmazdan boşanıb. Yılmazın bundan başqa 10-a yaxın cinayət əməlinin olduğu üzə çıxıb. O keçmiş arvadını da təhdid edərək, uşaqların hüququnu öz üzərinə alıbmış.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Sherg.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...