“Dərman verib öldürüblər” – VİDEO

“Dərman verib öldürüblər” – VİDEO
Tovuzda bayram günlərində silsilə oğurluqlar qeydə alınıb

Naməlum şəxslər evlərə qanunsuz daxil olaraq vətəndaşlara maddi ziyan vurublar.

Yazgül İsmayılova - zərəçəkən: "Dörd tərəfimdə oğurluq olunub. Hələ də tapılmayıb, heç kim kömək etmir. Oğrunu tapıb cəza verilməlidi. Kimdir bu oğurluğu edən?”

Bayram günlərində qohum-qonşularına qonaq gedən Tovuz sakinləri geri qayıtdıqda evlərinin qarət olunduğunu görüblər. Belə hallara daha çox rayon mərkəzində rast gəlinib. Çağırılmamış qonaqlar şəhərin Nəriman Nərimanov küçəsində 3 evdən oğurluq ediblər.

Gecə saatlarında həyətlərə və evlərə girən "qəhrəmanlar” müxtəlif məbləğlərdə pul, toyuq, cücə, hind quşu aparıblar.

Yazgül İsmayılova - zərəçəkən: "5 dənə canavar kimi itim vardı. Dərman verib onları öldürüb, evimi oğurladılar. Evimin qapısını sındırıb giriblər, 150 cücəmi aparıblar. Polisə müraciət etdim ki, mənim işimə düzgün baxılsın”.

Zərərçəkən: "Qapı qıfıllı idi, dəmir salıb burublar. Qıfılı əyib, qapını açıb qıfılı yerə atıblar. Buradan çıxanda gözümlə gördüm”.

Baş verən hadisələrlə bağlı Tovuz rayon polis şöbəsinə məlumat verilib.

Araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...