Cəmİyyət

Deputatdan Nalbandyanın açıqlamasına cavab

Deputatdan Nalbandyanın açıqlamasına cavab

“Gerçəklik odur ki, Ermənistan heç bir zaman konkret, birmənalı olaraq möve sərgiləməyiblər. Nalbadyanın bu açıqlaması onu göstərir ki, bunlar heç bir seçim etməyiblər və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyiblər. Bu da onu göstərir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə, onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü bütün dünyaya bəyan olub”. 

Qafqazinfo”nun məlumatına görə, bunu NATO Parlament Assambleyasının Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının toplantısında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyi tələb edilməsi barədə açıqlamasına münasibət bildirərkən Milli Məclisin deputatı Fuad Muradov deyib.

O, qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa çalışır: “Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə- Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özlərinin təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxediyadakı erməniləri seperatçı qüvvələr kimi Gürcüstan tərəfindən Saakaşvili hakimiyyəti dövründə bu şəkildə qiymətləndirilib”.

Deputat Azərbaycanla bağlı Ermənistanın işğalçılıq siyasətinə toxunaraq deyib ki, guya ermənilərin Cənubi Qafqazda 1000 ildir məskunlaşması ilə bağlı iddialar qeyri-ciddidir. Ermənilərin heç bir zaman dövləti olmayıb. Xalqımızın dədə-baba torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycanın 20 faizindən artıq torpaqlarını işğal ediblər.

Ermənistan qonşu Türkiyəyə qarşı qondarma soyqırım məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda Ermənistanın konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası var. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporası Rusiya və İranda təklükə mənbəyi, terror mənbəyi olaraq qalmaqdadır. Erməni diasporası da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır.

Bu gün Rusiya və İranda qəbul olunur ki, erməni lobbisi narahatlıq mənbəyidir, qeyri-stabillik mənbəyidir. Bütün bu sadaladıalqrım erməni lobbisinin güclü olduğunu göstərmir, çox yaxın zamanlarda Ermənistanın bu “qeyri-stabillik ixracatçısı” siyasəti onun məhvinə aparacaq”.

Fuad Muradov bildirib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli tutmağa çalışıblar: “İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub vəs. Ancaq dünyada ikinici belə iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan, yalnız qeyri-stabillik ixrac edən ikinci bir ölkə yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyilər artıb. Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Məhz erməni xalqını xilas yolu bundan keçir.”

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30