Deputata ərə getməyi üçün 300 min dollar təklif etdilər

Deputata ərə getməyi üçün 300 min dollar təklif etdilər

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko maraqlı etirafı ilə gündəmə gəlib.

Unikal.org-un "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, siyasətçi bildirib ki, İraqda xidməti zamanı şahzadələrdən biri ona elçi düşüb.

Savçenkonun sözlərinə görə, şahzadə Əs-Suveyri ona 300 min dollar təklif edib.

"Mən pul marağında deyiləm. Məni əşya kimi almaq istədi. O pul komandirin cibinə gedəcəkdi, mənsə sadəcə ona ərə getməli idim. Bununla razılaşa bilməzdim”, - deyə deputat qeyd edib.

Nadejda Savçenko həmçinin vurğulayıb ki, ona bu təklif ediləndə bunun anlaşılmazlıq olduğunu düşünərək gülümsəmə ilə qarşılayıb: "Lakin son nəticədə o fikrə gəldim ki, bu situasiya İraq üçün təmamilə normal hadisədir”.


 


OXŞAR XƏBƏRLƏR