Dəmir çatışmazlığının ən mühüm əlamətləri: Ürək döyüntüsü, dilin iltihablanması...

Dəmir çatışmazlığının ən mühüm əlamətləri: Ürək döyüntüsü, dilin iltihablanması...
Dəmir çatışmazlığı, daim yorğun görünmənizə, solğun bir dəri rənginə və ya tez-tez baş ağrısı yaşamağınıza səbəb olur. Bədəninizdəki dəmir çatışmazlığı, orqanizmimizin dəmirlə zəngin qidaları qəbul etməməsi və ya qan itkiniz olanda ortaya çıxa bilər. 

Dəmir səviyyənizi artırmağın ən yaxşı yollarından biri dəmirlə zəngin qidaları qəbul etməkdir. 
 
Dəmir çatışmazlığı, süd verən  analarda, vegeteryan qidalanma üsulunu tətbiq edənlərdə və tez-tez qan verənlərdə görülür.
 

Sfera.az bildirir ki, dəmir çatışmazlığının bir neçə əlamətləri mövcuddur.

 

1.  Solğun dəri
 
2.  Döş qəfəsində ağrılar
 
3.  Sürətli ürək döyüntüsü
 
4.  Nəfəs darlığı
 
5.  Soyuq əllər və ayaqlar
 
6.  Kövrək dırnaqlar
 
7.  Anoreksiya
 
8.  Dilin iltihaplanması
 
Dəmir çatışmazlığının ən mühüm səbəbi, dəmir baxımından zəngin qidaların qəbul edilməməsidir. Qanınızın normada qala bilməsi üçün sabit bir dəmir təmini lazımdır. Uzun müddət dəmir çatışmazlığı vəziyyəti olarsa, qan azlığı meydana gəlir.
 
Orta hesabla bir insanın gündəlik dəmir ehtiyacı nə qədərdir?

Bədəninizi yaxşı vəziyyətdə saxlamaq, lazım olan vitamin və mineral sayını qorumaq üçün balanslı bir qidalanma üsulu əhəmiyyətlidir. Həkimlər bildirir ki, gündəlik qəbul edilən dəmir miqdarı, aşağıdakı kimidir:
 
1.  Körpələr 7-12 ay: 11 mq.
 
2.  1 - 13 yaş arası uşaqlar: 7 mq - 10 mq.
 
3.  14-50 yaş arası qadınlar: 15 mq - 18 mq.
 
4.  Hamilə qadınlar: 27 mq.
 
5.  Oğlanlar 14-50 yaşları arasında: 8 mq - 11 mq.
 
6.  50 yaşdan yuxarı  kişi və qadınlar: 8 mq.
 
Moderator.az

OXŞAR XƏBƏRLƏR