Dayanacaqların yerini dəyişirlər, ancaq kart yükləmək üçün aparatları unudurlar...

Dayanacaqların yerini dəyişirlər, ancaq kart yükləmək üçün aparatları unudurlar...
"Bu hal əslində idarəetmənin yaxşı təşkil olunmamasının nəticəsidir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Bakının bəzi yerlərində bir aydır avtobus dayanacaqlarının yerini dəyişsələr də, kart yükləmək üçün terminalların hələ də quraşdırılmamasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"İdarəetmə doğru-düzgün təşkil olunsaydı, avtobus dayanacaqlarının yeri dəyişdirilərkən, bu barədə qərar verilərkən artıq orada kartların yüklənməsi üçün infrastrukturun qurulmasına da paralel başlanılmalı idi. Deməli, bu baş verməyibsə, idarəetmədə qərar verənlərin  öncədən planlaşdırmalarında ciddi problemlər var. Kifayət qədər aydın məsələdir ki, hər hansı bir dayanacağın yerini dəyişdirməklə bağlı qərar verilirsə, o zaman infrastrukturla bağlı da qərar verilməlidir. İnsanlar heç bir halda kartların yüklənməsi prosesi, dayanacaqların yerinin dəyişdirilməsindən öncədən məlumatsız olmaqla əziyyət çəkməməlidirlər. Yəni bununla bağlı öncədən planlaşdırılmış şəkildə iş qurulmalıdır ki, sonradan belə hallar yaşanmasın. Amma təəssüf ki, bu sahəyə nəzarət və qərar verənlər ya kardinal şəkildə çalışa, ya da öncədən işlərini planlaşdıra bilmirlər.  Bunun əziyyətini isə həmişə olduğu kimi, vətəndaş çəkir”.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə ola bilər bəzi yerlərdə hansısa təmir işlərilə bağlı olaraq terminalların müvəqqəti olaraq götürüldüyünü və təmir başa çatandan sonra onların yerlərinə qaytarılacağını bildirdi. Həmçinin o əlavə etdi ki, burada onlayn ödəmə sisteminə keçiddən sonra bu sayaq narahatlıqlar da  artıq olmayacaq:
 
"Bakı şəhərinin bütün metrostansiyalarında "Bakıkart”a məxsus 148 ədəd ödəmə terminalları var. Avtobus dayanacaqlarında isə Bakıkarta məxsus 51 ədəd ödəmə terminalları vardır. Bundan əlavə, 188 ədəd "Milliön”ə aid ödəmə terminalları quraşdırılıb. Ola bilər bəzi yerlərdə hansısa təmir işilə əlaqədar "Milliön” terminalı götürülüb. Amma bütün hallarda onlar da sonda gətirilib yerinə qoyulacaq. Sadəcə, terminallarla bağlı problem ondadır ki, kartdan istifadə  edən vətəndaşlarımız balansı planlı şəkildə doldurmurlar. Hər gün metro və avtobusdan istifadə edən vətəndaş birdəfəyə 20-25 manat balans vursa bir ay ərzində kartı doldurmaq üçün daha başqa yerlərdə terminal axtarmaq məcburiyyətində qalmayacaq. Həmin problemin aradan qaldırılması üçün düşünürük ki, ilk növbədə kart sisteminin əhatə dairəsini genişləndirək. Bu iş də cari ildə həyata keçəcək. Ondan sonra onlayn ödəmə sistemini də istifadəyə verəcəyik. Bu baş verdikdən sonra düşünürəm ki, belə narahatlıqlar da aradan qalxacaq”.

Qeyd edək ki, bir aya yaxındır ki, şəhərin müxtəlif yerlərində avtobus dayanacaqlarının yerini dəyişiblər. Amma bu günə qədər həmin yerlərdə kart yükləmək üçün terminallar quraşdırmayblar.  Nəticədə insanlar ictimai nəqliyyatdan istifadə etmək üçün kart yükləmək imkanından demək olar ki, məhrum olurlar.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...