David Babayanın Rusiyaya səfəri ilə bağlı səfirlikdən - AÇIQLAMA

David Babayanın Rusiyaya səfəri ilə bağlı səfirlikdən - AÇIQLAMA
"David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır".

Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.

"Özünü "Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya "işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyası məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır", - deyə məlumatda qeyd edilir. 

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...