Dağlıq Qarabağda da vəziyyət gərginləşdi- Xocavənddə qarşıdurma...

Dağlıq Qarabağda da vəziyyət gərginləşdi- Xocavənddə qarşıdurma...
Terrorçu Monte Melkonyanın əleyhdarları da meydana çıxır...
İndi bir müddət də bununla başımızı qatmayaq ki, əşşi, ermənilər bir-birini qırır...
 
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin 2020-ci ildə nəzərdə tutulan  qanunsuz və saxta "prezident” "seçkiləri” ərəfəsində müxtəlif klan və xarici güclər tərəfindən idarə olunan siyasi qüvvələr arasında vəziyyət gərginləşir.

Ermənistanın Dağlıq Qarabağda şöbəsi fəaliyyət göstərən radikal "Sasna tsrer” partiyası  işğal altındakı Xocavənd rayon mərkəzində mitinq keçirməyə cəhd edib. Lakin "yerli sakinlər” adlanan bir qrup şəxs aksiyanın keçirilməsinə mane olub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb və mitinqdə az erməni iştirak edib. Bundan narazı qalan "Sasna tsrer”   etiraz bəyanatı yayıb. Bəyanatda aksiyanın baş tutmamasında qondarma rejimin keçmiş "dövlət” "nazir”i Araik Arutyunyanın başçılıq etdiyi "Azad vətən” "partiya”sı günahlandırılıb. Həmin "partiya” rəhbərliyi, eləcə də Xocavənddən bir qrup erməni veteran əks bəyanatlar yayaraq "Sasna tsrer”i dezinformasiya yaymaqda və təxribatda suçlayıblar.Moderator


OXŞAR XƏBƏRLƏR