Daha iki milli komanda Bakıdakı Avropa çempionatında

Daha iki milli komanda Bakıdakı Avropa çempionatında

Daha iki ölkənin 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Report-un məlumatına görə, bunlar İngiltərə və Ukrayna yığmalarıdır.
Hər iki komanda elit-raundun İngiltərədə keçirilən 2-ci qrupunda ilk 2 turun nəticələrinə əsasən, bu hüquqa yiyələniblər. Qrup autsayderləri Finlandiya və Türkiyəni Ukrayna 3:0, İngiltərə isə müvafiq olaraq 1:0 və 3:1 hesabı ilə yenib. Martın 29-da qrupun şərikli liderləri arasında son turun oyunu keçiriləcək. Bu matçın nəticəsindən asılı olmayaraq, İngiltərə və Ukrayna mayın 5-də Azərbaycan paytaxtında start götürəcək final mərhələsinə qatıla biləcək. Əvəzində Rusiyanın ardından Türkiyə yığması da Bakıya gələ bilməyəcək.

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından yarısının adına aydınlıq gəlib. Daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

Qeyd edək ki, çempionat mayın 21-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR