İdman

DÇ-2018: Braziliya və Almaniya meydana çıxır

DÇ-2018: Braziliya və Almaniya meydana çıxır
Bu gün Rusiyada təşkil olunan dünya çempionatında daha 3 oyun baş tutacaq.

Sfera.az xəbər verir ki, E və F qruplarında yer alan komandalar mübarizəyə başlayacaq.

Əvvəlcə Kosta-Rika və Serbiya milliləri üüz-üzə gələcəklər. Günün ikinci matçında isə son dünya çempionu Almaniya ilə Meksika münasibətlərə aydınlıq gətirəcək.

Günün son matçında isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika – Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. "Samara Arena”

22:00. Braziliya – İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. "Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, "Lujniki”.
AdRiver

XƏBƏR LENTİ