Cübbəlinin kürəkəni və qardaşı milyonluq tender qazandı - FOTO

Cübbəlinin kürəkəni və qardaşı milyonluq tender qazandı - FOTO
İstanbul Yarı Marafonunu təşkil etmək üçün keçirilən tenderin qalibi Cübbəli Əhməd Hoca kimi tanınan Əhməd Mahmud Ünlünün kürəkəni Esat Palazoğlunun "Adstation Reklam" şirkəti elan edilib.
 
Kürəkənin şirkəti ilə 1,8 milyon lirə dəyərində saziş imzalanıb.  
 
Marafonun təşkili üçün martın 29-da "Spor İstanbul" şirkəti tərəfindən tender keçirilmişdi. Tenderin dəyəri 3 milyon 596 min 626 türk lirəsi müəyyən edilib.
 
Tender iki qisimdən ibarət olub. Onun 1 milyon 872 min 300 lirəlik hissəsini alan "Adstation Reklam" ilə aprelin 3-də, 753 min 539 lirəlik hissəsini alan Əziz Yavuz ilə isə aprelin 4-də saziş imzalanıb.
 
Qeyd edək ki, Tenderin böyük hissəsini qazanan "Adstation Reklam" şirkətinin şərikləri Cübbəli Əhməd Hocanın kürəkəni Esat Palazoğlu və böyük qardaşı Mühiddin Palazoğludur.  Hər iki şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və keçmiş Baş nazir Əhməd Davudoğluna yaxın adamlar hesab edilir.Yeniavaz


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...