Cinsi yolla keçən infeksiyaların ilk simptomları QORXUNC STATİSTİKASI

Cinsi yolla keçən infeksiyaların ilk simptomları QORXUNC STATİSTİKASI
Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hər gün (!) dünyada 1 milyon insan cinsi yolla keçən infeksiyalardan (CYKİ) birinə yoluxur. Hər il 360 milyona yaxın insan xlamidioz, süzənək, sifilis, trixomoniaz kimi infeksiyalardan birinə yoluxur. Hal hazırda (2015-ci ilin məlumatı) dünyada 530 milyondan çox insan genital herpesə səbəb olan virisun, 290 milyon qadın insan papilloması virusunun daşıyıcısıdır. Cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan artıq bakteriya, virus və parazit keçir. Bu patogenlərin arasında olan 8 infeksiya ən təhlükəlidir və bir çox xəstəliklərin və pozulmaların səbəbi olur. Hal hazırda bu infeksiyalardan 4-ü (süzənək, sifilis, xlamidioz və trixomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanizmə olan təsiri azaltmaq mümkündür. Bütün sadaladığımız infeksiyalar əsasən cinsi əlaqə zamanı keçir. Həmçinin bu infeksiyalar hamiləlik və doğuş zamanı anadan körpəyə keçə bilər. Cinsi yolla keçən infeksiyalar insan sağlamlığına ciddi ziyan vurur: - süzənək və xlamidioz kiçik çanaq orqanlarının iltihabların, hamiləliyin pozulmasının, sonsuzluğun əsas səbəblərindən biridir. - insan papilloması virusu hər il 530 min uşaqlıq boynu xərçənginin inkişafının və 275 uşaqlıq boynu xərçəngindən ölümün səbəbi olur. - cinsi yolla keçən infeksiyaların anadan körpəyə ötürülməsi ölü, çəkisi az olan, müxtəlif anadangəlmə qüsurları olan uşaqların doğulmasına, hamiləliyin sona qədər çatdırılmamasına səbəb olur. Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır: - cinsi orqanlar sahəsində qaşınma və yandırma hissi; - tez-tez və ağrılı sidik ifrazı; - cinsi orqanlardan qeyri-adi görünüşlü (sarı, yaşıl, qanlı, köpüklü) və qoxulu ifrazatlar; - cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması; - bədəndə səpgilərin əmələ gəlməsi; - cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi; - limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi; - qadın və kişilərdə - qarının aşağı hissəsində ağrılar; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda ağrılar, menstruasiyalar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatların olması. Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini müşahidə edərsə o, dərhal ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, bir çox hallarda cinsi yolla keçən infeksiyalar  özünü heç bir simptomla büruzə vermir! Bu səbəbdən ailə qurmaq istəyən hər bir şəxs  (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinədən keçməli və lazım gəldikdə müalicə almalıdır.(xeberoxu.az)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...