Cinayətkar şəbəkə ən çox inəyin leşindən istifadə edir- AQTA

Cinayətkar şəbəkə ən çox inəyin leşindən istifadə edir- AQTA
 

"Ən çox iri buynuzlu heyvanların, xüsusilə də inəyin leşindən istifadə edilir. Apardığımız araşdırmalar onu göstərir ki, süddən kəsilmiş, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər. Cinayət şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.

Onun sözlərinə görə, Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların qarşısı alınaraq dövriyyədən çıxarılıb: "Bununla bağlı ekspertizalar aparılır. Vətəndaşlar ət və ət məhsulları alarkən yalnız baytarlıq ekspertizasından keçmiş ətləri alsınlar. Bunun üçün satıcıdan baytarlıq sənədini tələb etsinlər. Baytarlıq ekspertizasından keçməyən ətlərin dövriyyədə istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...