Ceyhun Bayramovdan yeni təyinat

Ceyhun Bayramovdan yeni təyinat
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə yeni təyinat olub. 

UNEC-dən verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Anar Rzayev universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. "ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib.

Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub.

Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır.

A.Rzayev UNEC-in "Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir. 
 
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...