\"Cənnət anaların ayağı altında deyil, əsas kişilərdir\" - Kəmalə

\
Qadın olmaq kişi olmaqdan çətin deyil. Kişi olmaq daha çətindir. Hərdən kişi doğulduğumu hiss edirəm. Özümə deyirəm, Kəmalə, yavaş, yerişinə, duruşuna nəzarət et, sən qadınsan. Özümə "stop" qoymaqdan çəkinmirəm".
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Ağ və qara" verilişində deyib. Aktrisa kişilərdən bəhs edib. O, qadınların güclü cinsin nümayəndələrindən aşağı olduğunu söyləyib:

"Elə bir sahəni göstərin ki, orada ancaq qadın öndədir. Aşpazlıqdan tutmuş bütün sahələrdə kişilər öndədir. "Qadın böyük qüvvədir", "Cənnət anaların ayağı altındadır", "Əsas qadındır" - yox. Əsas kişilərdir.

Kişi birinci yaradılıb. Yaradıcılıqdan tutmuş, beyinə qədər hər şeydə kişi öndədir. Bunu demək mənim üçün şərəfvericidir. Necə olur başımızı qoymağa kişi çiyni, dəstək, kölgəsində dincəlməyə kişi axtaranda yaxşıdır? "Kişilər bizdən öndədir" deyəndə pis? Kişiləri sevmək lazımdır. Onları nə qədər çox sevsək, əzizləsək, sığallasaq, o qədər ipə-sapa yatacaqlar. Gənc xanımlar var ki, kişi bir deyəndə, iki cavab verir. Onu sevəndə yaxşı olur, bir balaca səsini qaldıranda pisdir? Bir kişinin qulluğunda dayanmağın, onun sevdiyi yeməyi bişirməyin, onun üçün hər şey etməyin nəyi pisdir?".

K.Müzəffər boşanmaların əleyhinə olduğunu bildirib:

"Qızıma dedim ki, ərə gedirsən, bu evə ancaq qonaq kimi gələ bilərsən. Ərinlə dava edib, qayıtmaq yoxdur. Oğluma da dedim ki, ailədə dava, narazıçılıq ola bilər. Amma qətiyyən boşanmaq olmayacaq. Ailələrin dağılmağının əleyhinəyəm. Yalnız 1 faiz halda boşanma olar: ailələrdən biri pisdirsə, uşaq düzgün tərəfdə qalmalıdır. Qadınlar səbr etməlidir"

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...