Cəlilabad sakini oğlunu və arvadını bıçaqladı
16:28 / 09.05.2018
2414
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolniye kəndində qeydə alınıb.
Belə ki, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəmnində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.