Cəbhədə GƏRGİNLİK - Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Cəbhədə GƏRGİNLİK - Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


OXŞAR XƏBƏRLƏR

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...