"Canımla əlləşirəm" - Türkiyədən yeni qayıdan Rasim Balayev

Türkiyədə tibbi müayinə olunan Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev Bakıya qayıdıb. 
 
 
Bu barədə Sfera.az-a görkəmli aktyor özü məlumat verib. 
 
R.Balayev hazırda səhhətinin orta vəziyyətdə olduğunu bildirib. 
 
Fevralın 9-da Dövlət Filarmoniyasında aprel ayında ölkədə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyinin Azərbaycanın yaradıcı ziyalıları tərəfindən dəstəklənməsi ilə bağlı keçirilən yığıncaqda iştirak etməməsinin səbəblərinə də toxunan R.Balayev həmin vaxtı Türkiyədə müayinə olunduğunu söyləyib:

"O toplantı keçiriləndə mən Türkiyədə idim. Digər tərəfdən isə mən indi xəstəliyimlə mübarizə aparıram. Hazırda da canımla əlləşirəm. Ona görə də siyasətə qarışmaq istəmirəm. Çünki bu, ilk növbədə mənim sağlamlığıma ziyan verir".

OXŞAR XƏBƏRLƏR