Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
 

Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzova layiq görüldüyü "Xalq artisti” fəxri adı təqdim olunub.

Mədəniyyət Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. 

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Ə.Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...