Üç yaşlı qızına 124 min dollarlıq hədiyyə aldı – İzləyiciləri isə tənqid atəşinə tutdu

Üç yaşlı qızına 124 min dollarlıq hədiyyə aldı – İzləyiciləri isə tənqid atəşinə tutdu
Məşhur reper Kardi B azyaşlı qızına aldığı hədiyyə ilə gündəmə gəlib.

Sfera.az bildirir ki, 28 yaşlı ifaçı övladının ad günündə ona "Cartier” brendinin almaz sepini verib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Hədiyyəni alan 3 yaşlı uşağın sevinci isə diqqət çəkib. Reper həmçinin ona ötən günlərdə doğum günü məclisi təşkil edib.

Kardi B-nin heyranları bu günə kimi qızına dəfələrlə bahalı çanta, zinyət əşyaları aldığına görə onu qınayıb. İfaçı isə uşaqlığında sahib ola bilmədiyi şeyləri qızına almaq istədiyini deyib. O, izləyicilərindən birinə "Niyə olmasın? Məclislər, məhdudiyyətsiz oyuncaqlar, səyahətlər, hovuzlar...Qızım hovuzları sevir, mən uşaqlığımda sadəcə 5 dəfə hovuza getmişəm”, deyə cavab verib.

Qeyd edək ki, Kardi B hazırda ikinci uşağına hamilədir. O, özü kimi məşhur olan reper Offset ilə evlidir.

Türkan


OXŞAR XƏBƏRLƏR