“Bütün bunların hamısı əslində sırf təzyiq elementidir”- Millət vəkilindən etriaz

“Bütün bunların hamısı əslində sırf təzyiq elementidir”-  Millət vəkilindən etriaz
Sfera.az-a açıqlamasında bu sözləri "Transparency İnternational” təşkilatının dünya ölkələrində korrupsiyanın vəziyyətilə bağlı hazırladığı hesabatın Azərbaycanla bağlı hissəsində ölkəmizin 152-ci yerdə yer almasına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:  
"Məsələ ondadır ki, Azərbaycana qarşı təzyiq göstərmək üçün antiazərbaycan siyasi dairələrin əlində ənənəvi olaraq istifadə etdikləri bir neçə vasitə var. Bunlar insan hüquq və azadlıqları, demokratiya və korrupsiya ilə bağlı ittihamlarla bağlıdır. Hadisələrin gedişi onu göstərir ki, bu mənada "Transparency İnternational» təşkilatının Azərbaycanda korrupsiya ilə bağlı verdiyi rəyi, yəni bütün bunların hamısı əslində sırf təzyiq elementidir. Çünki insan hüquqlarından danışılırsa, onda nədən Mehman Hüseynovla bağlı Avropa Parlamenti tələm-tələsik toplantı keçirib, qətnamə qəbul edir. Mehman Hüseynovun Avropalı diplomatlarla görüşündə isə məlum olur ki, ümumiyyətlə aclıq aksiyasını dayandırıb. Ermənistanda həbs edilən qələm əhli, eyni zamanda partiya sədrinin müavini hakimiyyətin represiv siyasətinə qarşı 44 gün aclıq edir,  lakin nə İrəvan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar, nə də Avropa Parlamenti ona reaksiya vermir. Hətta iş o yerə çatır ki, həmin aclıq aksiyası keçirən şəxs intihar edir. Amma bununla bağlı da Avropa Parlamentinin səsini eşitmirik. 

Bütün bunlar onu göstərir ki, həmin beynəlxalq qurumlar demokratiya, korrupsiya indeksindən bir təzyiq aləti olaraq istifadə edirlər. Bu gün kimi aydındır. Beynəlxalq ictimaiyyət, Azərbaycan xalqı da görür ki, hazırda insan hüquq və azdlıqları  və demokratiyadan yalnız və yalnız digər dövlətlərə qarşı siyasi təzyiq elementi kimi istifadə edirlər. Eyni şeyi korrupsiya barədə də söyləyə bilərik.  Böyük dövlətrlərin Yaxın Şərqin neftlə zəngin ölkələrində ciddi enerji və maddi maraqları cəmlənib. Bu kontekstdə də həmi dövlətlər Yaxın Şərq ölkələrini demokratiya və insan hüquqlarını pozduqlarına görə zərrə qədər də olsa ittiham etmirlər. Çünki özlərinin milli marağı belə tələb edir. Onda əllərində şüar etdikləri həmin yanaşmalar harda qaldı? Hansı ölkə ki, müstəqil siyasət yürüdür, xalqın milli marağına uyğun gələn addımlar atır, həmin dövlətlər və onun başçıları hədəf seçilirlər. Azərbaycan da hazırda anoloji vəziyyətdədir”.
 
Qeyd edək ki, "Transparency İnternational» təşkilatı dünyada korrupsiyanın vəziyyətilə bağlı hesabat hazırlayıb. Həmin hesabat 180 ölkəni əhatə edib. Hesabata görə, Azərbaycan korrupsiyanın vəziyyətinə görə, 152-ci yerdə qərarlaşıb. Halbuki, son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir sıra ciddi addımlar atılıb. Onun qarşısının alınması üçün həm inzibati, həm də idarəetmə prosesində atılan addımlarla bağlı olaraq bu sahədə ölkəmizdə vəziyyət müəyyən dərəcədə yaxşılaşıb. Amma buna rəğmən "Transparency İnternational» təşkilatı əvvəlki rəyilə müqayisədə Azərbaycanın mövqeyinin 30 pillə daha da pisləşdiyini göstərib.  
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR