AdRiver
Bürclərə görə 2018-in PROQNOZU: SARI İT İLİNDƏ bizi nə gözləyir?

Bürclərə görə 2018-in PROQNOZU: SARI İT İLİNDƏ bizi nə gözləyir?

 Karyerada irəliləyiş hər kəsi narahat edən məsələdir, çünki iş - nəinki cəmiyyətin bir hissəsi olmaq və pul qazanmaq imkanıdır, həm də özünü ifadə üsuludur.

Sfera.az xəbər verir ki, astroloqlar bürclər üzrə qarşıdakı İt ilində karyerada bizi gözləyən yeniliklər barədə illik proqnoz hazırlayıb. Onlar müvəffəqiyyət qazanmağın, öz yerini möhkəmləndirməyin, işdə irəliləməyin, daha çox qazanmağın yollarından, ən nəhayət qarşıda bizi gözləyən yeniliklər haqqında xəbərdarlıq ediblər.

2018-ci ilin rəmzi olan Sarı İt gələn il ürəkdən uğur qazanmaq istəyən hər kəsə kömək edəcək. amma bunun üçün çalışmaq lazım gələcək. Bu səbəblə gələn il həqiqətən işləməyə hazır olanları daha böyük nailiyyətlər gözləyir. Onu da qeyd etmək lazımdır ki, nə qədər bayağı səslənsə də, bizimlə baş verənlərə ilk növbədə özümüz təsir göstəririk.

Gələn ilin ən fəal işçiləri Buğalar, Şirlər, Oğlaqlar və Xərçənglər olacaq. Qoçlar, Qızlar və Balıqlar elə də aktiv olmayacaq, odur ki, onların uğurları da gözəçarpan olmayacaq. Sözsüz ki, çox can yandırmasalar... Əkizlər və Əqrəblər özünü çox güclü hiss edəcək, amma ətrafdakıların dəstəyinə də ehtiyacı duyacaqlar. Tərəzi, Oxatan və Dolçalar mübarizənin öhdəsindən gələ bilməsələr, daim təlaşda olacaqlar, onların Oplim yürüşləri yavaşlayacaq.

Qoç

Bütün tədbirlərdə, görüşlərdə və iclaslarda iştirakınız qaçılmaz olacaq. Görüşlərdən qaçmaq və passivlik göstərmək Qoçlar üçün 2018-ci ildə zərərli taktika olacaq. Müvəffəqiyyət qazanmaq üçün bu dövrdə xeyirxahlıq və işi sürətlə dəyişmək bacarığı onlara kömək edəcək.

Buğa

2018-ci il Buğalar üçün yaxşı dövrdür, onlar ən güclü tərəflərini nümayiş etdirmək üçün çoxlu fürsətlər əldə edəcək. Sizi işgüzar sferada əsl zəfərlər gözləyir və bu, sadəcə zamanın işidir. Var qüvvənizlə öz işinizlə məşğul olmağa davam edin, əmin olun ki, bu, ulduzların diqqətindən kənarda qalmayacaq.

Əkizlər

Qeyd etmək lazımdır ki, şərq təqviminə görə ilin hamisi sayılan Sarı İt bu zodiak işarəsinə karyera məsələlərində 2018-ci ildə böyük yardım göstərəcək. Yeganə maneə məqsədə doğru gedən yolda yalnız öz gücünə inamsızlıq ola bilər. Bütün çətinliklərin öhdəsindən qalib gəlməkdə onlara yaxınları kömək edəcək.

Xərçəng

Xərçənglər ikinci yarı, dostları və qohumları ilə münasibətlərini harmoniyada saxlamaqla yaxşı və keyfiyyətli işləməyi bacarırlar. Belə gözəl bacarıqlarına görə Xərçəngləri 2018-ci ilin əvvələrində karyera yüksəlişləri gözləyir.

Şir

Şirlər rəhbərlik etməyi sevir, lakin bu, rəhbərliyin elə də ürəyincə deyil də. Bununla belə rəhbərlik Şirlərin çalışdığı şirkətə xeyir gətirmək istəyini həqiqətən də yüksək qiymətləndirir. Xudbin görünməkdən qorxmayın. Axı müasir dünyada hamı yaxşı başa düşür ki, xüsusilə ali məqsədlərə nail olmaq üçün öz həyat səviyyəsini yaxşılaşdırmaq istəyi olmalıdır. Heç nəyə baxmayaraq, vicdanla işləyin və hər kəslə mehriban olun.

Qız

Qız bürclərinin başı bütün il boyu şəxsi münasibətlərə qarışacaq, onları daim nə isə işdən yayındıracaq. Gah səhhətləriylə, gah da ailələriylə bağlı problemlər yaranacaq. Halbuki karyerada yüksəliş uzaqda deyil. İşə çox vaxt sərf etməyə çalışın, aktivlik nümayiş etdirin, hətta ürəyinizcə olmasa da. Onda sizi mütləq görəcək və layiqincə qiymətləndirəcəklər.

Tərəzi

Tərəzilərə çox ciddi tapşırıq veriləcək, məsuliyyət baxımından hər şeyin öhdəsindən gələcəklər. Əvvəlcə bu, şok yarada bilər, amma vəzifənin öhdəsindən gəlmək və rəhbərliyi pis vəziyyətdə qoymamaq üçün özünüzü ələ alıb bir müddətlik qalan bütün problemləri unutmalı olacaqsınız. Bax bu məqamda, sizi karyerada əsl uğur gözləyir.

Əqrəb

Bu il Əqrəblərə asan olmayacaq, bəzən hətta onlarda hər şeyi atıb çox güc və enerji tələb olunmayan, həmçinin sinirləri pozmayan sadə bir iş tapmaq arzusu yaranacaq. Amma problem bu yolla həll edilə bilməz, ən yaxşı üsul yaxınlarınız və doğmalarınızın dəstəyinə bel bağlamaqdır. İş prosesinə qoşulun və buna görə gələcəkdə mütləq hörmət və uğur qazanacaqsınız.

Oxatan

Ətrafınızda yalnız mənfi emosiyalar doğuran xeyli adam toplaşıb. Buna görə sizdə iş yerini və ya kollektivi dəyişmək arzusu baş qaldıra bilər. Əgər hiss edirsinizsə, bu məşğuliyyət sizə görə deyil, onda mümkün olmayan işə çox vaxt sərf etməyə dəyməz. Nə ilə məşğul olmaq istədiyinizə qərar verin və şövqlə o işə başlayın.

Oğlaq

Oğlaqlar üçün 2018-ci il əsassız şübhə dolu olsa da, çox uğurlu keçəcək. Qarışıq fikirlər sizi yorsa da, onların planlarınıza mane olmasına icazə verməyin, yoxsa son illərdə gördüyünüz bütün işlər hədər olacaq. Uğura can atın ki, 2018-ci ildə onu hiss edəsiniz.

Dolça

Dolça bürclərini karyera sferasında çətin dövr gözləyir, odur ki, buna da hazırlıqlı olmaq lazımdır. Düşmənlərinizin, paxıllığınızı çəkənlərin, hətta sizə dost kimi görünən insanların zərbəsiylə üzləşəcəksiniz. Bütün bunlara mətanətlə dözmək, yalnız irəliyə baxmaq və layiq olmayan insanları ilahi ədalətin ixtiyarına buraxmaq lazımdır.

Balıq

Balıqlar üçün 2018-ci ildə müvəffəqiyyət qazanmaq və özünü tapmaq asan olmayacaq. Çünki qarşıda dəqiq məqsədlər yoxdur. Düzgün taktika hazırlamağa və karyerda yüksəlməyə onlara həyati işarələr müəyyən edəcək. 2018-ci ilin lap əvvəlindən məhz bununla məşğul olmaq lazımdır. (publika.az)

DİGƏR XƏBƏRLƏR


---