Təhsİl

Buraxılış imtahanı iştirakçılarının nəzərinə - DİM AÇIQLADI

Buraxılış imtahanı iştirakçılarının nəzərinə - DİM AÇIQLADI
Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018  ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

TarixŞəhər (rayon)

21.06.2018Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası

27.06.2018Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir,  Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran

03.07.2018Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

10.07.2018Əvvəlki illərin məzunları və eksternat

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcək. 

Qeyd 2: Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21 də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyulun 3-də keçiriləcək.

Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930