Bunları acqarına yeməyin - Siyahı

Bunları acqarına yeməyin -  Siyahı
Bəzən səhər yuxudan oyananda düşünmədən əlimizə keçəni yeyirik.Lakin bəzi ərzaqların acqarına yeyilməsi bəzən çox təhlükəli ola bilər. Bunlar hansı məhsullardır? Dietoloqlar bu suala cavab veriblər. Belə ki, səhər tezdən soyuducunu açarkən aşağıdakı ərzaqlarla diqqətli olun:
 
1.Şirin, mayalı bulkalar.
 
Acqarına yeyilən hər hansı bir şirniyyat qanda insulinin kəskin azalmasına səbəb olur. Bundan başqa zəifliyə və iştahın azalamsına da gətirib çıxarır. Bu cür səhər yeməyinə vərdiş edilmiş orqanizmdə diabetik hallar daha çox olur. Maya çörəyinin də ziyanı az deyil. Bəs, səhər-səhər nəfsimiz təzə bişirilmiş kökə çeksə,onda necə? Nəfsinizi saxlamaq və ən azı nahara qədər gözləməyiniz yaxşı olar.
 
2.Giləmeyvə - moruğ.
 
Çiyələk, moruğ və başqa bu kimi yay giləmeyvələri kifayət qədər turşu maddələri ilə zəngin olduğuna görə mədədə qıcıqlanma yarada bilər. Bəs, daha düzgün necə yeməli? Əgər bu meyvələri səhər yemək istəyirsinizsə, onda, yaxşı olar ki, bir qədər yulaf əlavə edəsiz. Ya da kəsmik ilə birgə nahar yeməyində yeyin. Tox qarnına isə adi meyvələri olduğu kimi, bunları da qida qəbulundan 2 saat sonra yemək olar.
 
3.Hisə verilmiş kolbasa və konservləşdirilmiş balıq.
 
Hisə verilmiş kolbasada olan çoxlu duz və konservantlar qaraciyəri zədələyir. Konservləşdirilmiş balığın isə tərkibində Xeber" target="_blank">qistamin olmasından orqanizmdə iltihabın və alergiyanın yaranmasına səbəb ola bilər. Kolbasa sevərlər, əgər siz sedviç sevirsinizsə, yaxşı olar ki, qaynadılmış yağsız mal əti və ya toyuqdan istifadə edəsiniz. Belə daha faydalı olar.
 
4.Armud və xurma.
 
Bu dadlı meyvələr boş mədəni qıcıqlandıracaq liflərdən ibarətdir. Bu da mədədə şişkinliyin yaranmasına səbəb ola bilər.
Odur ki, onları gündüz, qəlyanaltı kimi yemək daha yaxşıdır. Yanında qatıq, bir dilim pendir, bir neçə qoz-fındıq olması mütləqdir.
 
5.Portağal şirəsi.
 
Əgər sizin mədənizdə yüksək turşuluq varsa, onda, səhəri portağal şirəsi ilə başlamaq yaxşı deyil. Hətta, sağlam adamın mədəsində belə sitrus meyvələri qıcıqlanmaya səbəb ola bilər. Ənənəvi İngilis səhər yeməyi - yulaf və bir stəkan portağal şirəsi mükəmməldir. Amma yalnız sıyıq yeməyindən sonra şirəni içmək olar.
 
6.Acı souslar və sarımsaq.
 
Acqarına yeyilən soğan və sarımsağın tərkibindəki efir yağları, mədə altı iltihaba səbəbdir. Acı souslar da mədə divarını sıradan çıxarır. Yaxşı olardı ki, bunlar nahar və şam yeməyində əlavə ədviyyat kimi yeyilsin.
 
7.Tez hazırlanan sıyıqlar.
 
Sıyıqların tərkibində şəkərin çox olması, onun faydasını azaldan amillərdəndir. Bundan başqa, onun tərkibində qaraciyər üçün zərərli olan E vitamini də çoxdur. Yaxşı olar ki, yulaf və başqa dənli bitkilər axşamdan isti suda saxlanılsın. O zaman səhərə bişirilməsinə ehtiyac qalmayan faydalı, hazır sıyıq əldə edə bilərsiniz.
 
Səhhətinizin qeydinə qalın. "Sağlam bədəndə, sağlam ruh" prinsipinə əməl edərək, orqanizminizə ziyan olan ərzaqlardan imtina edin.
anspress.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...